Quran Axtarış (Ayə axtar)

Quran Axtarış (Ayə axtar) Free App

Rated 4.77/5 (153) —  Free Android application by ByGajiyev

Advertisements

About Quran Axtarış (Ayə axtar)

Quran (Qurani Kərim, Qurani Şərif) (ərəbcə: القُرآن əl-quran) — İslam dininin müqəddəs və ən əsas kitabı. İslam dinində Quran Allahın buyurduğu sözlərdir, mələyi vasitəsi ilə onları Hz. Məhəmmədə vəhy eyləyib.

Quranın özünəməxsus adı olan 114 surəsi və 6236 ayəsi var. Quranın ən uzun surəsi Bəqərə surəsi (286 ayə), ən qısa surəsi isə Kövsər surəsidir (3 ayə). Quranın ən uzun ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir.

Quranı digər səmavi kitablardan fərqləndirən əsas cəhət onun uzun zaman müddətində – 23 ilə hissə-hissə nazil olunmasıdır. Quran Allah tərəfindən birbaşa deyil mələk – Cəbrayıl vasitəsilə nəql olunmuşdur. Bəzilərinə görə Bəqərə surəsinin sonuncu 2 ayəsi Allah tərəfindən birbaşa Məhəmməd peyğəmbərə (s) vəhy edilmişdir.

Quran kəliməsinin mənası oxumaq, qiraət etmək deməkdir. Quran ləfzi və mənaları vəhyə istinad edən, Cəbrayıl (ə) vasitəsiylə son nəbi Hz.Məhəmmədə (s) endirilən, qiraətiylə ibadət edilən, özünə xas xüsusiyyətləri olan Fatihə surəsi ilə başlayıb Nas surəsi ilə bitən səmavi kitabdır.

Quranın yenə Quranda gələn bir çox adları vardır. Onun ən çox işlənilən və çox yayılan adı Qurandır. Digər adları isə aşağıdakılardır:

Əl-Kitab – Quranda 230-dəfə işlənir. Bəzi digər səmavi kitablar üçün də işlənilir.
Ümmül-Kitab – Ana kitab mənasına gələn bu ad Lövhü-Məhfuz və Fatihə surəsi üçün də işlənmişdir.
Əl-Furqan – Haqq ilə batili ayıran deməkdir. Furqan adı altı ayədə işlənir.
Əl-Huda – Hidayət edici deməkdir.
Əz-Zikr – Zikr həm zikr etmək və həm də şərəf və şərəfli olmaq mənalarına gəlir.
Quranın bunlardan başqa Tənzil, Haqq, Ruh, Burhan, Əziz, Şifa, Hikmət, Müheymin, Hablullah, Fasl, Bəyan və bir çox adları daha vardır.
Ayə lüğətdə əlamət, ibrət, dəlil, nişan və yüksək bina kimi mənalara gəlir. Quranın hər cümləsi: bir həqiqət nişanəsi, ibrət verici bir öyüd olduğu üçün ayə adını almışdır.

Ayələrin sayı haqqında fərqli rəqəmlər verilməktədir. Ayələrin sayı Nafiyə görə 6217, Şeybəyə görə 6214, Kufəlilərə görə 6236, Misirlilərə görə 6219, Müfəssir Zəməxşəriyə görə isə 6666-dır.

Ayələrin tərtibi, yəni Qurandakı yeri və sıraları Allah tərəfindən bildirilmişdir. Məhəmməd peyğəmbər (s) nazil olan hər ayənin hansı surənin harasına qoyulacağını bildirirdi. Vəhy katibləri də onları buna görə yazarlardı. Ayələrin tərtibində heç bir zaman dəyişiklik olmamışdır.

İlk nazil olan ayələrin Ələq surəsinin 1–5-ci ayələri olduğu hesab edilir. Lakin Muddəssir və Fatihə surələrinin də bu ilk nazil olanlar arasında yer aldığına dair rəvayətlər vardır. Mədinədə ilk nazil olan surə Bəqərə surəsidir.

Ən son nazil olan ayələrin hansı ayə olduğu barəsində bir neçə görüş vardır. Aşağıda zikr edilən ayələrdən hər birinin ən son nazil olan ayə olduğu ehtimal edilir: Bəqərə surəsi 278 və ya 281-ci ayə, Nisa surəsi 176-cı ayə; Tövbə surəsi 128-129-cu ayələr; Nur surəsi 1-3-cü ayələr, Maidə surəsi 3-cü ayə. Bunların arasında ən çox ehtimal ediləni Maidə surəsinin 3-cü ayəsidir: "Mən bu gün sizin üçün dininizi kamilləşdirdim, sizə olan nemətimi tamamladım və İslamı sizin üçün din olaraq bəyəndim"

Surə kəlməsi dərəcə, yüksək rütbə, şərəf, gözəl bina kimi mənalara gəlir. Bir termin olaraq surə Quranın ən az üç ayədən meydana gələn bölümlərindən hər birinə verilən addır.

Quranda 114 surə vardır. Hicrətdən öncə Məkkədə 86 və Hicrətdən sonra Mədinədə 28 surə nazil olmuşdur. "Ey insanlar" deyə başlayan surələr Məkkədə, "Ey iman gətirənlər" deyə başlayan surələr və ayələr Mədinədə nazil olanlardır.

Quranın 114 surəsindən yalnız Tövbə surəsi "Bismillahir-rəhmanir-rəhim!"-lə başlamayır. Buna baxmayaraq Quranda "Bismillahir-rəhmanir-rəhim" kəlməsi 114 dəfə işlədilib. Belə ki, Nəml surəsinin 30-cu ayəsində Süleyman peyğəmbərin yazdığı məktub "Bismillahir-rəhmanir-rəhim"-lə başlayır.

How to Download / Install

Download and install Quran Axtarış (Ayə axtar) version 1.0 on your Android device!
Downloaded 10,000+ times, content rating: Everyone
Android package: com.ByGajiyev.quranaxtarish, download Quran Axtarış (Ayə axtar).apk

All Application Badges

Free
downl.
Android
4.0+
For everyone
Android app

App History & Updates

More downloads  Quran Axtarış (Ayə axtar) reached 10 000 - 50 000 downloads
More downloads  Quran Axtarış (Ayə axtar) reached 1 000 - 5 000 downloads

What are users saying about Quran Axtarış (Ayə axtar)

S70%
by S####:

Thanku


Share The Word!


Rating Distribution

RATING
4.85
153 users

5

4

3

2

1