Ereb Dili dersleri 2

Ereb Dili dersleri 2 Free App

Rated 4.21/5 (28) —  Free Android application by selefler.com

Advertisements

About Ereb Dili dersleri 2

Əziz oxucu!

Ərəb dilində təqdim olunan bu vəsait الْجَامِعَةُ الإسْلاَمِيَّةُ بِالْمَدِينَةِ الْمُنَوَّرَةِ Mədinə İslam Universi¬tetinin “Ərəb dili” bölməsində tədris olunan dörd hissəli kitabın birinci hissəsidir. Adı çəkilən kitab dörd hissədən ibarət olub, bu dörd hissədə ərəb dilinin qrammatikasını təşkil edən “Sarf” (morfologiya) və “Nəhv” (sintaksis) qaydaları tədricən, sadədən mürəkkəbə doğru tələbəyə öyrədilir. Bu kitab öz xüsusi təlim üslubu ilə digər ərəb dili təlimi kitablarından seçilirir. Bu xüsusilik əsasən aşağıdakılardan ibarətdir:
1. Kitabdakı dərslər elə tənzimlənib ki, tələbə bu dərsləri öyrə¬nərkən özü də hiss etmədən ərəb dili qaydalarını tədricən, tam mənimsəyir.
2. Çoxşaxəli, geniş mövzular bir dərsdə deyil, tədricən, sadədən mürəkkəbə doğru bir neçə dərsdə hissə-hissə öyrədilir.
3. Kitabda “Sarf” (morfologiya) və “Nəhv” (sintaksis) elmləri ayrı-ayrılıqda müstəqil deyil, bir yerdə paralel olaraq öyrənilir.
4. “Sarf” və “Nəhv” mövzularının əsaslı və sistemli şəkildə verilməsi tələbələrin bu elmləri birlikdə öyrənməsinə imkan yaradır.
5. Dörd hissədən ibarət olan kitab ərəb dili qrammatikasını demək olar ki, tam şəkildə əhatə etmişdir.
Kitab yalnız mətnlər və tapşırıqlardan ibarətdir. Qrammatik qayda¬lar isə göstərilməmişdir . Kitabı yenidən nəşr edərkən bir sıra dəyişikliklər etmişik. Bu dəyişikliklər aşağıdakılardan ibarətdir:
1. Mətn və lazım olan tapşırıqlar hərəkələnmişdir.
2. Yeni qrammatik mövzular mətndə qırmızı rənglə qeyd olunmuşdur.
3. Tapşırıqların şərtləri tərcümə olunmuşdur.
4. Hər dərsin sonunda yeni sözlər tərcümə edilmişdir.
Sonda kitabı yenidən nəşr etməyə icazə verdiyinə görə Doktor F. Abdur-Rahimə dərin təşəkkürümü bildirirəm. Allahdan istəyirəm ki, bu kitabı oxuculara faydalı etsin!
Elşən Şəkərov
[email protected]

Əziz oxucu!

Ərəb dilində təqdim olunan bu vəsait الجامعة الإسلامية بالمدينة المنورة Mədinə İslam Universi¬tetinin "Ərəb dili" bölməsində tədris olunan dörd hissəli kitabın birinci hissəsidir. Adı çəkilən kitab dörd hissədən ibarət olub, bu dörd hissədə ərəb dilinin qrammatikasını təşkil edən "Sarf" (morfologiya) və "Nəhv" (sintaksis) qaydaları tədricən, sadədən mürəkkəbə doğru tələbəyə öyrədilir. Bu kitab öz xüsusi təlim üslubu ilə digər ərəb dili təlimi kitablarından seçilirir. Bu xüsusilik əsasən aşağıdakılardan ibarətdir:
1. Kitabdakı dərslər elə tənzimlənib ki, tələbə bu dərsləri öyrə¬nərkən özü də hiss etmədən ərəb dili qaydalarını tədricən, tam mənimsəyir.
2. Çoxşaxəli, geniş mövzular bir dərsdə deyil, tədricən, sadədən mürəkkəbə doğru bir neçə dərsdə hissə-hissə öyrədilir.
3. Kitabda "Sarf" (morfologiya) və "Nəhv" (sintaksis) elmləri ayrı-ayrılıqda müstəqil deyil, bir yerdə paralel olaraq öyrənilir.
4. "Sarf" və "Nəhv" mövzularının əsaslı və sistemli şəkildə verilməsi tələbələrin bu elmləri birlikdə öyrənməsinə imkan yaradır.
5. Dörd hissədən ibarət olan kitab ərəb dili qrammatikasını demək olar ki, tam şəkildə əhatə etmişdir.
Kitab yalnız mətnlər və tapşırıqlardan ibarətdir. Qrammatik qayda¬lar isə göstərilməmişdir. Kitabı yenidən nəşr edərkən bir sıra dəyişikliklər etmişik. Bu dəyişikliklər aşağıdakılardan ibarətdir:
1. Mətn və lazım olan tapşırıqlar hərəkələnmişdir.
2. Yeni qrammatik mövzular mətndə qırmızı rənglə qeyd olunmuşdur.
3. Tapşırıqların şərtləri tərcümə olunmuşdur.
4. Hər dərsin sonunda yeni sözlər tərcümə edilmişdir.
Sonda kitabı yenidən nəşr etməyə icazə verdiyinə görə Doktor F. Abdur-Rahimə dərin təşəkkürümü bildirirəm. Allahdan istəyirəm ki, bu kitabı oxuculara faydalı etsin!
Elşən Şəkərov
[email protected]

Application Screenshots

Screenshot #1: Ereb Dili dersleri 2 for Android
Screenshot #2: Ereb Dili dersleri 2 for Android

Never Miss An Update!

Follow Android Blip on Facebook / Google+


Download / Install

Download and install Ereb Dili dersleri 2 version 1.0 on your Android device!
Downloaded 1,000+ times, content rating: Everyone
Android package: com.appmk.magazine.AOVQJCVNZWTBTTXM, download Ereb Dili dersleri 2.apk

All Application Badges

Free
downl.
Android
2.1+
For everyone
Android app

App History & Updates

More downloads  Ereb Dili dersleri 2 reached 1 000 - 5 000 downloads

Share The Word!


Rating Distribution

RATING
4.25
28 users

5

4

3

2

1